• çərşənbə, 08 May, 15:37
  • Baku Bakı 16°C

Cinayət Məcəlləsindəki bu maddənin adı dəyişdi

14.05.18 19:23 583
Cinayət Məcəlləsindəki bu maddənin adı dəyişdi
Prezident İlham Əliyev Cinayət Məcəlləsində edilmiş son dəyişikliyi təsdiq edib.Lent.azAzərTAc-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsini "İşsizlikdən sığorta haqqında” Qanununa uyğunlaşdırmaq məqsədi ilə məcəllənin 213-cü maddəsində aşağıdakı dəyişiklik edilib. Daha əvvəl "Vergi ödəməkdən yayınma” kimi qeyd edilən maddənin adı "Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma” sözləri ilə əvəzlənib.

Həmçinin 2013-cü maddənin birinci bəndində "vergiləri” sözündən sonra ", işsizlikdən sığorta” sözləri əlavə edilib.
banner

Oxşar Xəbərlər