• çərşənbə axşamı, 19 mart, 07:52
  • Baku Bakı 8°C

Ceyms Bond haqqında növbəti filmi yapon əsilli kinorejissor çəkəcək

23.09.18 12:33 614
Ceyms Bond haqqında növbəti filmi yapon əsilli kinorejissor çəkəcək
Populyar "007” serialının növbəti seriyasının rejissoru yapon əsilli amerikalı Keri Coci Fukunaqa olacaq.
AZƏRTACxəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. Serialın prodüsserləri bildiriblər ki, çoxplanlı və innovativ yanaşma onu Ceyms Bond barədə növbəti sərgüzəştləri lentə almaq üçün ən layiqli namizəd edir. Bu, Böyük Britaniyanın məxfi xidmət agentinin fantastik sərgüzəştləri barədə 25-ci film olacaq.
Britaniyalı kinorejissor Denni Boyl prodüsserlərin "kreativ fikir ayrılığı” kimi qələmə verdikləri səbəblərə görə layihəni avqustda tərk edib.
Yeni filmin çəkilişlərinə gələn ilin martında başlanacaq. Filmin 2020-ci ilin fevralında prokata çıxarılması planlaşdırılır.
banner

Oxşar Xəbərlər