• şənbə, 27 Aprel, 09:21
  • Baku Bakı 12°C

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri” çap olunub

10.01.18 15:57 822
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri” çap olunub
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyası çərçivəsində yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Hacıbəylinin "Seçilmiş əsərləri” çap olunub.

APA-nın məlumatına görə, kitab prezidentİlham Əliyevin "Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” sərəncamına əsasən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq nəşr olunub.

"Elm” nəşriyyatında çapdan çıxan kitabın baş redaktoru AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəylidir. Kitabın məsul redaktoru filologiya üzrə elmlər doktoru Nikpur Cabbarlı, tərtibçisi, ön söz və qeydlərin müəllifi filologiya üzrə fəlsəfə doktoru Abid Tahirlidir.

Azərbaycan mühacirətinin ədəbi-elmi irsinin geniş ictimaiyyətə təqdimatı məqsədi daşıyan seriyanın ikinci kitabında XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri olan Ceyhun Hacıbəylinin (1891-1962) mühacirət illərində qələmə aldığı bədii-publisistik əsərlər və elmi araşdırmalar yer alıb.
banner

Oxşar Xəbərlər