AZE | RUS | ENG |

“Cəmil Həsənli Əli Kərimlinin qorxusundan İsa Qəmbərə salam vermədi”

“Cəmil Həsənli Əli Kərimlinin qorxusundan İsa Qəmbərə salam vermədi”
“Düşünürəm ki, Milli Şuranın təşkil etdiyi mitinqin nə məhbuslara, nə də demokratik düşərgəyə aidiyyəti var. Əli Kərimlini yalnız şəxsi ambisiyaları maraqlandırır. Milli Şuranın yeganə müxalifət qüvvəsi olduğunu sübut etmək istəyirlər”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli deyib. M. Hacıbəyli bildirib ki, bir müddət əvvəl Müsavatın da təmsil olunduğu Siyasi Məhbusların Hüquq-Müdafiə Mərkəzi mitinq keçirmək istəsə də, Milli Şura rəhbərliyi bu təklifə qarşı çıxıb: “Biz bu barədə təkliflə çıxış edəndə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və tərəfdarları buna qarşı çıxaraq, hələ mühitin yetişmədiyini, vaxtının çatmadığını demişdilər. Amma indi mitinq keçirmək istəyirlər”. M. Hacıbəyli Milli Şuranın sədri Cəmil Həsənli də ittiham edərək, onun Ə. Kərimlinin diktəsi ilə hərəkət etdiyini vurğulayıb: “Mən Milli Şuranın sədri Cəmil Həsənlinin mövqeyinə təəccüb edirəm. Müsavat Partiyası o vaxt Milli Şuranın tərkibində, ümumi maraqlar naminə Cəmil Həsənlinin namizədliyini irəli sürdü. İsa Qəmbər prezidentliyə namizədliyini geri götürərək, Cəmil Həsənlini dəstəkləmişdi. Amma təsəvvür edin ki, Cəmil Həsənli Əli Kərimlinin qorxusundan Milli Şuranın mitinqində bizə, İsa Qəmbərə salam vermədi. Görünür, o, Əli Kərimlidən çəkindiyi üçün belə addım atdı. Bu, Cəmil Həsənliyə yaraşmayan hərəkətdir”. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə APA-ya açıqlamasında mitinq ərəfəsində müxalifətdaxili münaqişələrə qarışmaq istəmədiyini deyib.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9126
GEL 1 1 Gürcüstan larisi 0.6299
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2079
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1825
CHF 1 1 İsveçrə frankı 1.6731
KWD 1 1 Küveyt dinarı 5.5884
TRY 1 1 Türkiyə lirəsi 0.2916