AZE | RUS | ENG |

"Cəmi 13 ay hakimiyyətdə duruş gətirənlər xalqın təpkisi ilə istefa verməyə məcbur oldu"

Əli Əhmədov: Bir kərə yüksələn bayraq bir daha enmədiyi kimi, bir dəfə iflas olunanlar da heç vaxt bəraət qazanmırlar

26 il bundan əvvəl, 1993-cü ilin iyun ayının 4-də AXC-Müsavat hakimiyyətinə qarşı xalq qiyamı baş verdi. Cəmi 13 ay hakimiyyətdə duruş gətirənlər xalqın təpkisi ilə istefa verməyə məcbur oldu. Təzəcə bərpa olunmuş dövlət müstəqilliyinin üzərindəki başlıca təhlükə - qeyri-demokratik və yarıtmaz hakimiyyət aradan qalxdı. Ümummilli lider Heydər Əliyevin qayıdışı nəticəsində AXC-Müsavat cütlüyü hakimiyyətinin yaratdığı xaos, anarxiya, dərəbəylik, ölkəni parçalayan separatizm ləğv edildi, iqtisadi tənəzzül və total böhran cilovlandı, ölkədə insanların həsrətlə gözlədiyi sabitlik və əminamanlıq təmin edildi. Müstəqillik və dövlətçilik tariximizin yeni mərhələsi başladı.

Bunu Baş nazirin müavini, YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov özünün "facebook” səhifəsində yazıb.

Ə.Əhmədov xatırladıb ki, Heydər Əliyevin və İlham Əliyevin titanik səyləri nəticəsində Azərbaycan 1993-cü ildə dağılmaqda olan dövlətdən bugünki güclü, qüdrətli, çiçəklənən dövlətə çevrildi: "Vaxtilə Azərbaycanı ağır böhran, vətəndaş müharibəsi həddinə çatdıran keçmiş hakimiyyət təmsilçiləri 1993-cü ilin dəhşətlərinin xalqın yaddaşından silindiyinə ümid edərək yenidən baş qaldırıb şər-böhtan kampaniyası aparırlar. Bir kərə yüksələn bayraq bir daha enmədiyi kimi, bir dəfə iflas olunanlar da heç vaxt bəraət qazanmırlar".




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9027
GEL 1 1 Gürcüstan larisi 0.5913
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1179
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1802
CHF 1 1 İsveçrə frankı 1.7276
KWD 1 1 Küveyt dinarı 5.5868
TRY 1 1 Türkiyə lirəsi 0.2989