“Canlandırdığım hər obraz mənə başqa bir dünya verdi” - Fotolar
Bu mövsümü də diqqətimiz qardaş Türkiyənin reytinqlərdə ön sıralarda
yer tutan seriallarına yönəldi. Əminliklə demək olar ki, geridə qoyduğumuz
mövsüm Türkiyənin serial aləmində böyük rəqabət yaşandı. Onlardan, serial
bazarına yeni daxil olan və ATV telekanalında yayımlanan "Hercai” serialı ən
çox reytinq toplayanlardan oldu. Serialın qəhrəmanları qısa zaman kəsiyində
nəinki Türkiyədə, eləcə də qonşu ölkələrdə tanınaraq böyük tamaşaçı
auditoriyası qazandılar. Serial mövsüm sonuna çıxsa da, onun haqqında
müzakirələr, söz-söhbətlər bitib tükənmək bilmir."Hercai” mövsüm sonuna çıxdıqdan sonra serialın əsas qəhrəmanı Ebru
Şahin canlandırdığı obrazı ilə bağlı Türkiyə mətbuatına müsahibə verib.Yazar Bade Çakar serialın
çəkiliş prosesində olub və aktrisa ilə fotosessiya edərək, serialdakı obrazı
ilə bağlı danışıb. Aktrisa indiyə qədər bir çox layihələrdə yer aldığını, ancaq
Reyyan obrazı kimi ona uğur gətirən ikinci bir obraz canlandırmadığını
deyib.
- 11 yaşından bəri idmanla məşğulsunuz.
Necə oldu ki, idmandan aktrisalığa keçid etdiniz?
- Əslində idmandan aktrisalığa keçid heç də normal qəbul olunmur. İstanbul
Universitetinin idman elmləri ixtisasının məzunuyam. Buna baxmayaraq hər zaman
aktrisa olmaq istəmişəm. Ağlımla duyğularımı eyni tərəziyə qoya bildiyim andan aktrisalıqla
maraqlanıram. Çox az yaşlarımdan teatra getmişəm və orda anladım ki, xəyalını qurduğum
sənət məhz budur. Ancaq çox uzun bir müddətdən sonra aktrisa ola bildim. Demək ki,
belə olmalı imiş və istədiyim sənətə gəlmək üçün uzun zaman gözləməli imişəm.
- Bu zamana qədər bir çox layihələrdə
yer alıbsınız. Ancaq çox qısa bir zamanda böyük tamaşaçı sevgisi qazandınız.
- Bu qədər sevilən, dəyər verilən bir işin içində olmaq və bir aktrisa
olaraq, ən önəmlisi sevdiyim xarakterlərdə var ola bilmək mənim üçün xoşbəxtlikdir.
- Serial sektorunun, gün keçdikcə
daha da çətinləşdiyi bir dönəmdə belə bir layihədə yer almağa sizi nə vadar etdi?
- Serialın ssenarisini oxuduğum andan bu layihədə yer almaq istədim. Hekayə,
xarakterin özü məni burada var olmağıma yardımçı oldu. Təəssüf ki, yaşanmasını istəmədiyimiz, amma hər
an hər bir qadının başına gələ biləcək hekayədə var olmaq mənim üçün
maraqlıdır. Üstəlik çəkilişlərin Mardin kimi nağıllarla dolu möhtəşəm bir şəhərdə
aparılması məni çox həyəcanlandırdı. Bu qədər təsirləndiyim layihədə yer aldım.
Menecerim Abdullah Buvlud və layihə rəhbərimiz
Banu Akdenizin mənə inanmaları, çəkiliş müddətində ən böyük motevasiya qaynağım
oldu. Mardində çəkiliş prosesində iştirak etmək, insana, özünü fərqli hiss etdirir.
Təsəvvür edin ki, baxdığınız, toxunduğunuz hər yerdə insanların xatirələrini, tarixi
gördükcə, səndən min il bundan əvvəl burada yaşayan insanların başına gələn
əhvalatlar, onların hekayələrini eşitdikcə daha çox həyəcanlanırdım. Biz orada çalışdığımız
müddət ərzində bu çevrədən zövq almaq üçün fürsətimiz az olurdu. Amma əlimizdən
gəldiyi qədər bu məqamdan zövq almağa çalışırdıq. Tamaşaçılar bizi izləmək üçün
çəkiliş prosesinə toplaşırdılar. Çox gözəl bir duyğu idi.
- Yer aldığınız hər layihədə
fərqli xarakterlərə bürünürsünüz. Reyyanı necə xarakterizə edərsiniz?
- Reyyan olduqca duyğusal, kövrək qəlbli, saf niyyətli, ürkək amma cəsur, zərif olduğu
qədər də güclü bir xarakterdir. Belə bir obrazı yaşada bildiyim üçün çox xoşbəxtəm.
- Bəs Ebru Şahin necə bir insandır.
Reyyana bənzər tərəfləri varmı?
- Hesab edirəm ki, Reyyanla aramızda
bir bənzərlik olmasaydı, bu xarakterə o qədər çox sahiblənməzdim. Reyyanla
ortaq cəhətimiz kövrəklik, yenilikçi
ideyamızın olması, cəsarətlilik, hər duyğunun
saflığına olan inancımız, xəyallara doğru yol almağımızdır.
- Yaradıcılığınıza nəzər salanda
4 serial, iki filmdə yer aldığınızı görürük. Sanki Reyyan obrazı karyeranızın dönüş nöqtəsidir.
- Rol aldığım hər işin həyatımdakı rolu çox önəmlidir. Canlandırdığım
hər obraz mənə başqa bir dünya verdi. Çünki onların sayəsində mən başqa dünya tanıdım
və özümü fərqli cəhətdən kəşf etdim. Hazırki Reyyana xarakterlərimin mənə göstərdiyi
yol vasitəsi ilə çatmışam. Reyyanın sayəsində bir çox insanlar tanıdım, başqa duyğular
yaşadım. Belə bir qadını anlamaq, onun kimi danışmaq üçün uzun söhbətlər edib,
araşdırma aparmışam. Bu obrazı canlandıra bilmək üçün 4 dərs ata minməyi öyrəndim.
Təşkilatçının mənə yaratdığı fürsətdən istifadə edib öz səsimi sevdiyim mahnılarla
ekranda duyurdum. Digər işlərim bir yana, ancaq Reyyanın yeri mənim üçün önəmlidir.
Çünki o, saf halı ilə mənim qəlbimdə başqa bir yerə sahibdir.
- Reyyan və Miran cütlüyü böyük
bir fenomenə çevrilib. Sosial mediada bu cütlük üçün bir çox fan-səhifələr
yaradılıb.
- İnsanlar obrazlarımızın mənfi və müsbət xüsusiyyətləri ilə bizi evlərinin
bir fərdi kimi görürlər. Tamaşaçılarla isti və duyğusal bir bağ qurduğumuza inanıram.
- Miranı canlandıran Akın Akınözü
ilə münasibətiniz necədir?
- Akınla birlikdə xoş bir layihənin içərisindəyik. Onunla birlikdə böyüyürük
və bizə belə bir şərait yaradıldığı üçün özümüzü şanslı hesab edirik.
- Əsas qəhrəmanı olduğunuz
serialın qısa bir müddətdə rekord qıracağınızı gözləyirdinizmi?
- Layihə başlayanda onun diqqət çəkəcəyini gözləyirdik. Çünki uzun zamandır ki,
belə layihələr hazırlanmırdı. Ancaq hazırda gördüyünüz diqqət və sevgi qurduğumuz
xəyaldan da ötədir. Təsəvvür edin ki, nəinki
Türkiyədən, xaricdən də, sırf çəkiliş prosesini izələmək üçün insanlar gəlir,
bizimlə görüşürlər, kənardan bizi izləyirlər. Bunun özü bizə böyük stimul verir.
Serialımızı izləyən, səvən, sevgisini hiss etdirən böyük bir kütlə formalaşıb və
bu da bizi motivə edir.
- Qısa bir müddətdə karyerada
xeyli irəliləyibsiniz. Gələcək üçün xəyallarınız nələrdir?
- Ruhumu bəstələyəcək, məni inkişaf etdirəcək və fərqli həyatlara toxuna
biləcəyim rollarda oynamaq istəyirəm. Xüsusi olaraq könlümə yatan xarakterlər var.
Amma insanların yanlış anlamasından ehtiyat edərək, onu indi açıqlamaq istəmirəm.
Tərcümə etdi: Xəyalə Rəis