“...bu, mənim sonuncu konsertim olacaq“

“...bu, mənim sonuncu konsertim olacaq“

Mədəniyyət
12 Avqust 2013, 15:31 811
Axşam.az-ın məlumatına görə, müğənni “Star life” verilişinə açıqlamasında payızda baş tutacaq layihəsindən danışıb:

“Payızda solo konsert verəcəm. Əgər həmin gün tamaşaçı qıtlığı yaşasam, maraq doğura bilməsəm, bu, mənim sonuncu konsertim olacaq. Amma o demək deyil ki, sənətdən gedəcəm. Toy, səhnə fəaliyyətimi davam etdirəcəm”.

Baloğlan Əşrəfov indiyədək tələbə yetişdirməməsinin səbəblərindən də söz açıb:

“Məndə bir xüsusiyyət var: mahnını bir dəfə oxuyuram, onu təkrar eyni formada ifa edə bilmirəm, başqa cür səsləndirirəm. Öz oxuduqlarımı özüm təkrarlaya bilmirəmsə, tələbəyə nə öyrədəcəm? Mən tərzimi dəyişə bilərəm, amma o zaman olan-qalan nüfuzumu da itirmiş olacağam”.