• cümə axşamı, 02 may, 02:03
  • Baku Bakı 15°C

Bu gün Moskvada MDB ölkə başçılarının qeyri-rəsmi sammiti keçiriləcək

26.12.17 10:30 643
Bu gün Moskvada MDB ölkə başçılarının qeyri-rəsmi sammiti keçiriləcək
Bu gün Moskvada Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək.
"Report" Kremlin Mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan Prezidentiİlham Əliyevlə yanaşı Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Özbəkistanın dövlət başçıları da iştirak edəcək.
Görüş Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə baş tutacaq.
Sammitdə 2017-ci ildə MDB-də Rusiyanın sədrliyinin yekunlarının müzakirə edilməsi və müxtəlif sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılması planlaşdırılır.
banner

Oxşar Xəbərlər