• şənbə, 27 Aprel, 03:47
  • Baku Bakı 14°C

Bu gün də isti olacaq - Proqnoz

25.08.14 10:02 854
Bu gün də isti olacaq - Proqnoz
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27, gündüz 30-35, Bakıda isə gecə 24-26, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27 dərəcə, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 27-28 dərəcə, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti təşkil edəcək.
Azərbaycanın bölgələrində də hava yağmursuz olacaq. Bəzi bölgələrdə havanın temperaturunun 39 dərəcə isti olacağı ehtimalı var.
banner

Oxşar Xəbərlər