• cümə, 26 Aprel, 16:49
  • Baku Bakı 23°C

“Bu, bir millət, iki dövlət“ prinsipinin bariz nümunəsidir“ - Davudoğlu

19.09.14 11:10 1250
“Bu, bir millət, iki dövlət“ prinsipinin bariz nümunəsidir“ - Davudoğlu
Qafqaz İslam Ordusu Azərbaycan və Türkiyə arasında "bir millət, iki dövlət" prinsipinin bariz nümunəsidir. Bunu Azərbaycanda səfərdə olan Türkiyənin Baş naziri Əhməd Davudoğlu Türk şəhidliyini ziyarət edərkən deyib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "TRT Haber" telekanalı xəbər verib.
Baş nazir bildirib: “Qafqaz İslam Ordusunun göstərdiyi qəhrəmanlıq Türkiyənin qürur yeridir. Şəhid olduqları torpaqlarda bu gün müstəqil dövlətlər qurulub”.
Qeyd edək ki, Ə.Davudoğlu bundan öncə xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
banner

Oxşar Xəbərlər