Date: 28 Dekabr 2013, 13:28,
Oxunma sayı: 2231

Axşam.az xəbər verir ki, “Aləm gözəl” mahnısı üstündə aralarında söz-söhbət yaranan ifaçılar uzun müddətdir ki, danışmırdı.
Bu həftə ATV telekanalında yayımlanan “Özünə bax” verilişinin bayram çəkilişində bir araya gələn məşhurlar barışıblar.
Ramal xalq artisti ilə çəkdirdiyi fotonu İnstagram səhifəsində paylaşıb.
Xatırladaq ki, Brilliant Dadaşova “Aləm gözəl” mahnısını öz istəyi ilə Ramala bəstələtdirdiyini bildirib. O, mahnını özəl olaraq oxumağı arzulasa da, bu baş tutmayıb. Brilliant Dadaşovadan əvvəl mahnının Ramal özü və əməkdar artist Abbas Bağırov səsləndirib.