• cümə, 26 Aprel, 09:23
  • Baku Bakı 12°C

BMT-nin yeni seçilmiş baş katibi Moskvaya səfər edəcək

24.11.16 09:27 1058
BMT-nin yeni seçilmiş baş katibi Moskvaya səfər edəcək
BMT-nin yeni seçilmiş baş katibi Antoniu Qutyerreş bu gün Moskvaya səfər edəcək.
APA-nın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.
Səfər çərçivəsində A. Qutyerreş Rusiya prezidentiVladimir Putinvə xarici işlər naziri Sergey Lavrovla görüşəcək.
"Rusiya dövlət başçısı ilə görüşdə beynəlxalq məsələlərdəBMT-nin mərkəzi əlaqələndirici rolunun gücləndirilməsi, təşkilatın terrorla mübarizədə fəaliyyətinin səmərəliliyinin artırılması və Suriyadakı vəziyyət müzakirə ediləcək. Rusiya XİN rəhbəri ilə danışıqlarda regional konfliktlərin həlli,BMT-nin səmərəliliyinin təkmilləşdirilməsi və islahatlar perspektivlərinə dair fikir mübadiləsi aparılacaq”, məlumatda deyilir.
BMT-nin yeni seçilmiş baş katibi, Portuqaliyanın keçmiş baş naziri Antoniu Qutyerreş səlahiyyətlərinin icrasına yanvarın 1-də başlayacaq.
banner

Oxşar Xəbərlər