BMT-nin baş katibi Yeni il münasibətilə dünya ölkələrini və vətəndaşlarını təbrik edib
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş 2018-ci il münasibətilə dünya ölkələrini və vətəndaşlarını təbrik edib.
Trend-in məlumatına görə, baş katib beynəlxalq ictimaiyyətə ünvanladığı videomüraciətdə bəşəriyyətin üzləşdiyi ciddi problemlərlə bağlı həyəcan təbili çalaraq, onları aradan qaldırmaq üçün bütün dünyanı birləşməyə çağırıb.