• cümə, 26 Aprel, 12:02
  • Baku Bakı 23°C

BMT baş katibi: Ermənistanla Azərbaycan arasında tammiqyaslı münaqişə fəlakət olar

20.07.20 22:03 584
BMT baş katibi: Ermənistanla Azərbaycan arasında tammiqyaslı münaqişə fəlakət olar
BMT-nin baş katibi Antoniu Quterreş Ermənistan və Azərbaycan arasında artan gərginlikdən ciddi narahatdır.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu brifinq zamanı BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik deyib.
S.Cüjarrik bildirib: "BMT baş katibi Azərbaycan ilə Ermənistan arasındakı gərginliyi dərin narahatlıqla izləyir. O, hər iki tərəfi maksimum təmkinli olmağa çağırır. İki ölkə arasında tammiqyaslı münaqişə fəlakət olar".
banner

Oxşar Xəbərlər