• şənbə, 27 Aprel, 07:38
  • Baku Bakı 12°C

Bloomberg: Tramp Putinlə görüşməyi planlaşdırır

10.06.17 10:10 1351
Bloomberg: Tramp Putinlə görüşməyi planlaşdırır
ABŞ prezidenti Donald Tramp yaxın bir neçə həftə ərzində Rusiya dövlət başçısı Vladimir Putinlə görüşməyi planlaşdırır.
APA-nın xəbərinə görə, bu barədə "Bloomberg” agentliyinə ABŞ administrasiyasındakı mənbə bildirib.
Məlumata əsasən, Tramp Putinlə Avropaya səfəri zamanı görüşmək niyyətindədir. İyulun əvvəlində ABŞ prezidenti əvvəl Polşaya, sonra isə G-20sammitində iştirak etmək üçün Almaniyaya səfər edəcək.
Mayın əvvəlində Rusiyanın xarici işlər naziriSergey Lavrovbildirmişdi ki, prezidentlər arasında keçirilən telefon danışığı zamanı tərəflər iyulun əvvəlində, G-20 sammiti çərçivəsində görüşməyi planlaşdırırlar.
banner

Oxşar Xəbərlər