AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Biz beynəlxalq ictimaiyyəti Ermənistan rəsmisinin bu irqçi və şovinist açıqlamasını pisləməyə çağırırıq

Biz beynəlxalq ictimaiyyəti Ermənistan rəsmisinin bu irqçi və şovinist açıqlamasını pisləməyə çağırırıq

Cəmiyyət
27 Sentyabr 2020, 19:01 126
İşğalçı Ermənistanın silahlı qüvvələrinin baş qərargah rəisi bu gün verdiyi açıqlamasında Azərbaycan xalqının ünvanına nifrət məzmunlu irqçi ifadələr işlədib. Bu bəyanat Ermənistanda işğalçılıq, etnik nifrət və Azərbaycanafobiyanın dövlət siyasəti olduğunun bariz göstəricisidir.
 
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin açıqlamasına dair şərhində deyilir.
 
L.Abdullayeva bildirib: "21-ci əsrdə digər xalqlar haqqında belə fikirlər səsləndirməsi Ermənistan rəsmilərinin nə qədər sivilizasiyadan uzaq olduğunu nümayiş etdirir.
Biz beynəlxalq ictimaiyyəti Ermənistan rəsmisinin bu irqçi və şovinist açıqlamasını pisləməyə çağırırıq".