• şənbə, 27 Aprel, 00:31
  • Baku Bakı 14°C

Bişkekdə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib

16.09.16 14:45 807
Bişkekdə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
BişkekdəMDBXarici İşlər Nazirləri Şurasının iclası keçirilib.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, QırğızıstanXarici İşlər Nazirliyiaçıqlamasında nazirlər tərəfindən 16 sənədin hazırlandığını bildirilib.

BuraMDB-nin 25 illiyi ilə bağlı üzv ölkələrin prezidentlərinin bəyanatı, beynəlxalq terrorizmə qarşı mübarizədə birgə səylər, Nyurnberq tribunalının işinin yekunlaşmasının 70 illiyi, narkotika problemi,MDB-nin müasir reallıqlara uyğunlaşması,MDBəhalisinin siyahıya alınması, 2017-ci ilin "Ailə ili” elan olunması, 2018-ci ilin "Mədəniyyət ili” elan olunması, 2017-ci ildə Azərbaycanda "MDB-nin mədəniyyət paytaxtları” dövlətlərarası proqramın reallaşdırılması vədigər sənədlər daxildir.

Həmçinin prezidentlər 2017-ci ilMDB-yə sədrliyin hansı ölkəyə keçməsi ilə bağlı məsələni razılaşdıracaqlar.

İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edib.

Qeyd edək ki,MDBölkələri dövlət başçılarının 25 illik yubiley sammiti Bişkekdə Qırğızıstan prezidenti Almazbek Atambayevin sədrliyi ilə günün ikinci yarısında baş tutacaq. İclasda Azərbaycan prezidentiİlham Əliyevdə iştirak edəcək.
banner

Oxşar Xəbərlər