• şənbə, 27 Aprel, 04:59
  • Baku Bakı 14°C

Birinci sinfə qəbul üzrə 12 mindən çox sorğu yerləşdirilib

15.03.18 20:19 660
Birinci sinfə qəbul üzrə 12 mindən çox sorğu yerləşdirilib
Martın 12-dən başlanan 2018-2019-cu tədris ili üçün elektron sistem vasitəsilə Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonunun ümumtəhsil müəssisələrinin birinci sinfinə şagird qəbulu davam edir.
Təhsil NazirliyindənAZƏRTAC-a bildiriblər ki, martın 15-nə olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə bu bölgələr üzrə birinci sinfə qəbul üçün 12 mindən çox sorğu yerləşdirilib. Belə ki, Abşeron rayonu üzrə 4 min 366, Gəncə şəhəri üzrə 3 min 220, Sumqayıt şəhəri üzrə 4 min 342 nəfərin sorğusu qeydə alınıb. Bu bölgələr üzrə birinci sinfə gedəcək şagirdlərin sayının 17 min 873 nəfər olacağı proqnozlaşdırılır.
Birinci sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsininwww.mektebeqebul.edu.azsaytında qeydiyyatı yolu ilə həyata keçirilir.
Məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilib. Belə ki, məktəbəhazırlıq qruplarındakı 8 mindən çox uşaq avtomatik birinci sinfə qəbul üzrə qeydə alınıb. Bu da həmin şəhər və rayonlar üzrə birinci sinfə gedəcək şagirdlərin 60 faizi deməkdir.
Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üzrə ərizələrin online qeydiyyatı sentyabrın 15-dək davam edəcək.
Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Gəncə şəhəri üzrə beş, Sumqayıt şəhəri üzrə dörd, Abşeron rayonu üzrə altı məktəbdə yaradılan Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər. Eyni zamanda, Gəncə şəhəri üzrə bir, Sumqayıt şəhəri üzrə bir və Abşeron rayonu üzrə bir ümumi təhsil müəssisəsində apellyasiya komissiyaları təşkil olunacaq.
Qeyd edək ki, fevralın 22-dən Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların, eləcə də Bakı şəhərindəki dövlət ümumtəhsil müəssisələrinin birinci sinfinə şagird qəbuluna başlanılıb.
2018-2019-cu tədris ilində elektron sistem vasitəsilə uşaqların birinci sinfə qəbulu barədə ətraflı məlumatı videotəlimatdan almaq mümkündür (https://www.youtube.com/watch?v=KRMGV9hTHq8).
Birinci sinfə elektron sistem vasitəsilə şagird qəbulu haqqında məlumatlar:http://edu.gov.az/az/page/522
banner

Oxşar Xəbərlər