• şənbə, 27 Aprel, 07:48
  • Baku Bakı 12°C

Bir qrup uşaq Milli Məclisdə

31.05.16 13:40 1053
Bir qrup uşaq Milli Məclisdə
1 iyun – Beynəlxalq Uşaqların Müdafiəsi günü ilə əlaqədar Milli Məclisin bu gün keçirilən iclasına bir qrup uşaq qatılıb.
APA-nın məlumatına görə, 20-yə qədər uşaq iclası izləyib. Spiker Oqtay Əsədov uşaqları təbrik edərək onların iclası sakit izləməsini deputatlara nümunə kimi göstərib: "Görün, necə də sakit və mədəni şəkildə oturub dinləyirlər. İnanıram ki, gələcəkdə onların arasında Milli Məclisdə təmsil olunan nümunəvi deputatlar çıxacaq”.
Uşaqlar öz növbəsində spikerə təşəkkür edərək iclas zalını tərk ediblər.
banner

Oxşar Xəbərlər