• cümə, 26 Aprel, 10:10
  • Baku Bakı 12°C

Binəli Yıldırım Makronun sözlərinə cavab verib

31.01.18 15:50 635
Binəli Yıldırım Makronun sözlərinə cavab verib
"Biz işğal məntiqi ilə hərəkət etmirik. Fransanın bu düşüncəsi yanlışdır”.
APA-nın "A Haber"ə istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyənin baş naziri Binəli Yıldırım Livanın baş naziri Saad Həriri ilə keçirdiyi birgə mətbuat konfransında deyib. O, Fransa prezidenti Emmanuel Makronun Afrin əməliyyatının işğala çevrilməməsi ilə bağlı xəbərdarlığına cavab verib.
"Afrində nə etmək istədiyimizi başa düşmək üçün "Fərat qalxanı" əməliyyatı zamanı Menbiç, Cerablus və Azez xəttindəki 2 min kvadrat kilometr əraziyə baxılmalıdır. Türkiyə hər cür terror təhdidinə qarşı etməsi lazım olanı edir. Bu fəaliyyətlər əslində ölkəmizin sərhədindəkiSuriyavəİraqda terror dəhlizinin yaradılmasına mane olur”, - deyə B. Yıldırım qeyd edib.
banner

Oxşar Xəbərlər