• çərşənbə axşamı, 19 mart, 18:04
  • Baku Bakı 8°C

"Bəzi insanlar ölkə başçısı tərəfindən həyata keçirilən addımları öz adlarına çıxırlar"

19.02.19 14:15 462
"Bəzi insanlar ölkə başçısı tərəfindən həyata keçirilən addımları öz adlarına çıxırlar"
Bəzi insanlar ölkə başçısı tərəfindən həyata keçirilən addımları öz adlarına çıxırlar. Həmin şəxslər xalqı aldatmaq üçün bunu edirlər.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.
O qeyd edib ki, Prezident İlham Əliyev seçildiyi gündən islahatların keçirildiyini bəyan etmişdi:
"Ayrı-ayrı sahələrdə insanların təminatı ilə bağlı proqramlar hazırlanmışdı. Lakin bəziləri ucuz düşüncə tərzi ilə insanları aldatmaq, ölkə başçısının atdığı addımları öz adlarına çıxmaq istəyirlər. Bu, onların naşılığıdır. Həmin insanlar vaxtilə büdcəni talamaqla məşğul idilər”.
S.Novruzov vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində yerlərdə emal müəssiələri açılır, çox böyük proqramlar, vergi və gömrük orqanlarında islahatlar həyata keçirilir: "Vətəndaşlar atılan addımları müsbət qarşılayır. Bu addımlar kiminsə yürüş və ya piket keçirməsinin nəticəsi deyil. Həmin şəxslər, əksinə bu layihələrin həyata keçirilməsini istəmirlər”.
banner

Oxşar Xəbərlər