AZE | RUS | ENG |

Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” adlı layihənin növbəti konserti keçirilib

Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” adlı layihənin növbəti konserti keçirilib
Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Televiziyasının "Yaradanlar və yaşadanlar” adlı verilişinin növbəti konserti məşhur xanəndə Səxavət Məmmədovun həyat və yaradıcılığına həsr edilib.

Beynəlxalq Muğam Mərkəzindən Trend-ə verilən məlumata görə, konsert Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Televiziyası "Mədəniyyət” kanalının təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində reallaşıb.

Gecədə əməkdar artistlər Zakir Əliyev "Sarı bülbül” xalq mahnısını, Fehruz Səxavət ”Azad bir quşdum”, Ehtiram Hüseynov "Ay çiçək”, Azərbaycan Televiziyası və Radiosunun solistləri Kamilə Nəbiyeva "Külək”, Səbinə Ərəbli "Yar gəldi”, xanəndə Malik Həsənov ”Sev məni” mahnılarını ifa ediblər.

İfaçıları Xalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi ilə "Səadət” instrumental ansamblı müşayiət edib.

Həmçinin konsertin son nömrələrindən biri olan "Bülbül” mahnısı Xalq artisti Gülyanaq Məmmədova, əməkdar artistlər Fehruz Səxavət, Ehtiram Hüseynov və gənc xanəndə Səbinə Ərəblinin ifasında tamaşaçılara təqdim olunub.

Konsertin aparıcısı Əməkdar artist Rəşad İlyasov, Azərbaycan Yazıçılar Birliyi Qarabağ bölgəsinin katibi, filologiya elmləri doktoru Ənvər Əhməd, tarzən, Xalq artisti Möhlət Müslümov Səxavət Məmmədov yaradıcılığından danışaraq, onunla bağlı xatirələrini bölüşüblər.

Konsert maraqla və alqışlarla qarşılanıb.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6321
GBP 1 İngilis funt sterlinqi 2.2216
TRY 1 Türk lirəsi 0.3012
KWD 1 Küveyt dinarı 5.6036
SEK 1 İsveç kronu 0.1892
EUR 1 Avro 1.9570
CHF 1 İsveçrə frankı 1.7059
USD 1 ABŞ dolları 1.7000