AZE | RUS | ENG |

Beynəlxalq Muğam Mərkəzində "Dastan gecələri"

Beynəlxalq Muğam Mərkəzində
Beynəlxalq Muğam Mərkəzində "Dastan gecələri” layihəsi çərçivəsində "Aşıq Alının Türkiyə səfəri" dastanı təqdim olunub.

Trend-in məlumatına görə, tədbir Beynəlxalq Muğam Mərkəzinin, "Mədəniyyət” televiziya kanalının və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun birgə layihəsi çərçivəsində həyata keçirilib.

Tədbirdə AMEA Folklor İnstitutunun şöbə müdiri, əməkdar mədəniyyət işçisi Elxan Məmmədli çıxış edərək aşıq sənətinin təbliği baxımından layihənin əhəmiyyətindən danışıb və təşkilatçılara təşəkkürünü bildirib. O qeyd edib ki, aşıq sənəti Azərbaycan xalq yaradıcılığının qədim tarixi köklərə malik hussəsi olaraq, müxtəlif mərhələlərdən keçmiş və xalqımızın bir çox qeyri-maddi mədəni dəyərlərini özündə cəmləşdirib.

Sonra tamaşaçılara aşıq Bəhmən Göyçəli, aşıq Firudin Göyçəli və balabanda Əziz Göyçəlinin ifasında "Aşıq Alının Türkiyə səfəri” dastanı təqdim olunub.

Dastanın mövzusu sadə ənənəvi süjet üzərində qurulmuşdu: "İstədiyi qızı almaq üçün çətinlik qarşısında qalan qəhrəman uzaq diyara yollanır, sınaqlardan sazının-sözünün qüdrəti ilə çıxır, toy günündə qayıdıb gəlir və muradına yetir”.

Tamaşa gür alqışlarla sona çatıb.

Noyabrın 2-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Kifayət Gəncəlinin yaradıcılığına həsr olunmuş gecə keçiriləcək.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9377
GEL 1 1 Gürcüstan larisi 0.6286
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1803
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1885
CHF 1 1 İsveçrə frankı 1.6992
KWD 1 1 Küveyt dinarı 5.5919
TRY 1 1 Türkiyə lirəsi 0.3178