Beynəlxalq konfransın bağlanış mərasimi keçirilib
Azərbaycan Dillər Universiteti
(ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr
edilən "Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda
birinci beynəlxalq elmi konfrans keçirib.
Konfransın bölmələri Azərbaycan,
Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və
Gürcüstanın universitetlərində təşkil olunub.
Konfransın müxtəlif ölkələrdəki,
bölmə iclasları Rusiyanın B.Yeltsin adına Ural Federal Universitetində "AXC – Şərqdə
ilk demokratik respublikadır” mövzusunda, Ukraynanın Kiyev Milli Linqvistik
Universitetində "Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin
rolu” mövzusunda, Türkiyənin Atatürk Universitetində "Heydər Əliyev və türk
dünyası” və Ərciyəs Universitetində "Müasir Azərbaycan: sosial, siyasi və
iqtisadi inkişaf” mövzusunda, A.S.Puşkin adına Dövlət Rus dili İnstitutunda Sərhədlərin
fövqündə: Rusiya və Azərbaycan-mədəniyyətlərarası dialoq təcrübəsi” mövzusunda,
İtaliyanın Cənubi Latsio Universitetində "Multikulturalizm, sosial təhlükəsizlik,
immiqrasiya, azadlıq” mövzusunda, Moskva Dövlət Linqvistik Universitetində
"Dillərin və mədəniyyətlərin dialoqu çoxqütblü dünyada birgəyaşayışın amili
kimi” mövzusunda, Moskva Pedaqoji Universitetinin (MPU) Samara filialında "Şərq-Qərb:
XXI əsrdə mədəniyyətlərarası dialoq” mövzusunda, Tbilisi Dövlət Universitetində
"Azərbaycan-Gürcüstan münasibətlərinin təşəkkülündə Heydər Əliyevin rolu” mövzusunda, Huçjou Universitetində "Bir
qurşaq – bir yol: multikulturalizmin öyrədilməsi” mövzusunda, Minsk Dövlət
Linqvistika Universitetində "Heydər Əliyev və Azərbaycan-Belarus münasibətləri”
mövzusunda, Belqrad Universitetində "Multikultralizmin Azərbaycan təcrübəsi”
mövzusunda, Auqsburq Universitetində "Azərbaycan və Almaniya multikulturalizmi”
mövzusunda, Azərbaycan Dillər Universitetində "Heydər Əliyev siyasəti:
multikulturalizm və tolerantlıq ideyaları” mövzusunda keçirilib. Bölmə
iclaslarında ADU-nun, eləcə də AMEA-nın, digər universitetlərin alimləri, professorları,
elm adamları iştirak ediblər.
Bu gün Azərbaycan
Dillər Universitetində ulu öndər Heydər Əliyevə həsr olunmuş "Heydər Əliyev:
multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq
elmi konfransın bağlanış mərasimi baş tutub.
Bağlanış
mərasimində Türkiyə Respublikasından 6 nəfər, Gürcüstan Respublikasından 7 nəfər,
İtaliya Respublikasından 9 nəfər, Çin Xalq Respublikasından 8 nəfər, Rusiya
Federasiyasından 11 nəfər, Belarus Respublikasından 2 nəfər, Ukrayna Respublikasından
2 nəfər, Almaniya Federativ Republikasından 4 nəfər olmaqla ümumilikdə 48 nəfər
xarici qonaq iştirak edib.
Tədbirdə
eyni zamanda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Yeni Azərbaycan
Partiyasının, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Azərbaycan
Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Nəsimi
rayon İcra hakimiyyətinin, Azərbaycanda akreditasiya olunmuş müxtəlif ölkələrin
səfirliklərinin nümayəndələri, millət vəkilləri, universitet rektorları, milli
və dini icmaların rəhbərləri və nümayəndələri iştirak edib.
Bağlanış mərasimindən
öncə Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla başda olmaqla,
universtitet rəhbərliyi, konfrans iştirakçıları və qonaqlar universitetin
foyesində yerləşən ulu öndər Heydər Əliyevin büstü önünə tər güllər qoyublar.
Sonra Heydər Əliyevin 95 illiyi ilə əlaqədar universitetin həyətində müxtəlif növ dekarativ çiçəklər əkilib.
Bundan
sonra konfransın bağlanış mərasimi başlayıb.
Açılış
nitqi ilə çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi
üzvü, Əməkdar elm xadimi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilər Şurasının sədri
akademik Kamal Abdulla tədbir iştirakçılarını
salamlayaraq, təbriklərini çatdırıb: "Əziz dostlar, hörmətli qonaqlar, möhtərəm
millət vəkilləri, nazirlik və icra nümayəndələri, hörmətli ictimai-siyasi
xadimlər, ali məktəb və elmi müəssisə rəhbərləri, hörmətli həmkarlar və əziz tələbələr!
Hamınızı səmimi
qəlbdən salamlayıram və "Heydər Əliyev – 95” devizi altında "Heydər Əliyev:
multikuturalizm və tolerantlıq ideyalogiyası” adlı konfransın öz işini yüksək səviyyədə
başa vurması münasibətilə hamınızı təbrik edirəm”.
Konfransın
hamımızın ürəyində məhəbbətini illərlə və gələcəkdə də əbədiyyən qoruyub saxlayacağımız
Ulu Öndər Heydər Əliyevin əbədi xatirəsinə həsr olunduğunu deyən rektor
bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan multikulturalizmi sahəsində
gördüyü işlərin təbliğ edilməsi, ulu öndərin nəcib siyasətinin daha dərindən
öyrənilməsi məqsədilə keçirilən konfransın
xarici ölkələrdə baş tutan bölmə iclasları çox yüksək səviyyədə keçib:
"Konfransın formatı unikaldır. Konfransın bölmə iclasları 10 ölkədə, 14
universitetdə yüksək səviyyədə baş tutdu. Bölmələrin mövzuları çox maraqlı idi.
Bölmə iclası hansı ölkədə keçirilirdisə, həmin ölkə ilə Azərbaycan arasında
münasibətlərin qurulmasında Heydər Əliyevin rolu mövzusu müzakirə olunurdu, Ulu
öndərin siyasəti daha dərindən öyrənilirdi. Bu konfrans Ulu öndərin xatirəsinə
hörmət əlaməti olmaqla yanaşı, eyni zamanda da universitetimizin xarici əlaqələrinin
dərinləşməsinə imkan yaratdı. Konfransın gəncliyə də böyük töhfəsi var və tələbələrə
öz həmyaşıdları ilə əlaqələrin qurulmasında böyük rolu var. Digər universitetlərimizin
də bu əlaqələrdən faydalanmasına şərait yaradacağıq. Biz bu funksiyanı da böyük
məmnuniyyətlə həyata keçirəcəyik.
Əlbəttə
konfransın belə yüksək səviyyədə keçməsi asan başa gəlmədi, əməkdaşlarımızdan
tutmuş tələbələrimizə qədər hamının ciddi, gərgin əməyi nəticəsində belə bir
mötəbər konfransı ərsəyə gətirdik. Əməyi keçən hər bir kəsə bir daha təşəkkürümü
bildirirəm. Ümid edirəm ki, konfransımız Ulu öndərin əziz və unudulmaz xatirəsi
qarşısında kiçik də olsa bir töhfə olacaqdır”.
Konfransın
mənəvi dəyərinin çox yüksək olduğunu
bildirən Kamal Abdulla konfransa dəstək verən Yeni Azərbaycan Partiyasına və Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinə təşəkkürünü çatdırıb.
Kamal
Abdulla məlumat verib ki, ulu öndərə həsr olunmuş beynəlxalq konfransın
Serbiyanın Belqrad Universitetində keçirilən bölmə iclası zamanı Azərbaycan
Dili və Mədəniyyət Mərkəzinin açılışı olub: ”Əminəm ki, mərkəz dilimizin, mədəniyyətimizin
təbliğ olunması istiqamətində böyük işlər görəcək, fəaliyyətini uğurla davam
etdirəcək”.
Rektor qeyd
edib ki, konfransın bağlanış mərasiminə xarici ölkə universitetlərdən 50 nəfər
qonaq-rektorlar, prorektorlar, alimlər- təşrif buyurub: "Böyük xoşbəxtlikdir
ki, dünyanın bir çox yerlərindən olan həmkarlarımız səsimizə səs verdilər. Bir
daha vurğulamaq istəyirəm ki, bu konfransın müxtəlif ölkələrdə keçirilən bölmə
iclasları həmin universitetlərdə öz izini qoyub. Konfransın bağlanış mərasiminə
gələn qonaqlar bölmələrin işi haqqında fikirlərini bölüşərkən siz bunun bir
daha şahidi olacaqsınız”.
Kamal
Abdulla vurğulayıb ki, bu gün ulu öndərin siyasəti dərindən öyrənilir: "Bu gün
Azərbaycanda həqiqətən multikultural, tolerant cəmiyyət qurulmuşdur. Bizim cəmiyyətimizin
əsrlərdən bəri çiçəklənirsə, onun siyasi ahəngi, siyasi dəstəyi, siyasi əsası
Azərbaycan Prezidenti tərəfindən həyata keçirilir. Bu gün multikultural dəyərlər
çox sədaqətli, etibarlı və ləyaqətli bir siyasi yolla irəliləyir. Prezident
İlham Əliyev dəfələrlə deyib ki, Azərbaycanın siyasəti də, iqtisadiyyatı da, mənəviyyatı
da bir çox ölkələrdən, elə yaxın və uzaq qonşularımızdan fərqli olaraq Azərbaycan
xalqının və dövlətinin əlindədir. Buna etimad, sədaqət hamımızın ümdə borcudur.
Bunun əsasını da Heydər Əliyev qoyub”.
Rektor
konfransda iştirak edən və bölmə iclaslarını təşkil edən xarici ölkələrin
universitetlərinin nümayəndələrinə və konfransın təşkilinə dəstək olmuş hər kəsə
təşəkkürünü bildirib: "Biz hamımız qəlbimizlə bu işdə iştirak etdik. Bütün
insanlara təşəkkürümü çatdırmaq istəyirəm. Azərbaycana xoş gəldiniz. Gördüyünüz
işlər üçün Azərbaycan öz minnətdarlığını qəlbində sizə qarşı həmişə
saxlayacaqdır və biz öz dostlarımızın timsalında sizi həmişə öz yanımızda görəcəyik. Konfrans çox yüksək səviyyədə keçdi.
Konfransımız bitdi. Yaşasın konfrans!”
Sonra
Ural Federal Universitetinin İnstitut direktoru professor Simanyuk Elvira
Evaldovna, Kiyev Milli Linqvistik Universitetinin rektoru professor Vasko
RomanVladimiroviç, Atatürk Universitetinin rektoru professor Ömər Çomaklı, Ərciyəs
Universitetinin nümayəndəsi Erdem Talat Hakan, A.S.Puşkin adına Dövlət Rus Dili
İnstitutunun, prorektoru Koltakova Yelena Viktorovna, Kassino Cənubi Latsio
Universitetinin professoru A. Fiqus, Moskva Dövlət Linqivistik Universitetinin
şöbə müdiri Konev Vladimir Nikolayeviç, Moskva Şəhər Pedaqoji Universitetinin
Samara filialının elmi işlər üzrə direktor müavini professor Quseva Yuliya
Nikolayevna, Tbilisi Dövlət Universitetinin professoru David Qotsiridze, Çin
Sosial Elmlər Akademiyasının İnformasiya İnstitutunun direktoru Zhang Shuhua,
Minsk Dövlət Linqivistik Universitetinin prorektoru professor Paşkeviç Vladimir
Vyaçeslavoviç, Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru
professor Əfqan Abdullayev, Auqsburq Universitetinin professoru Klaus
Volf, Azərbaycan Dillər Universiteti
rektorunun elm və təhsil məsələləri üzrə müşaviri dosent Seyfəl Həsənov
konfransın bölmə iclaslar ilə bağlı yekun təqdimatla çıxış ediblər. Qeyd edilib
ki, Ulu öndərə həsr olunmuş mötəbər konfrans çox yüksək səviyyədə keçib, Heydər
Əliyevin multikultural və tolerant siyasəti
bağlı iştirakçılara geniş məlumatlar verilib, məruzələr oxunub. Vurğulanıb ki,
bu cür tədbirlərin keçirilməsi qarşılıqlı-faydalı əməkdaşlığa, mövcud tərcübələrin
bölüşməsinə və paylaşılmasına böyük töhfə verir.
Azərbaycan
Respublikası Mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və
dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Yeni Azərbaycan Partiyasının
(YAP) İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin sədri
Mübariz Qurbanlı Azərbaycanın multikulturalizm
və tolerantlıq dəyərləri, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının
digər millətlərlərlə birgə yaşayışının təmin edilməsi, millətlərarası münasibətlərin
tənzimlənməsi yönündə oynadığı vacib rolundan söz açıblar. Konfransın bu dəyərlərin
genişmiqyaslı vüsət alması istiqamətində mühüm əhəmiyyətə malik olduğunu qeyd
edən qonaqlar konfrans haqqında fikirlərini bölüşüb və belə bir mötəbər konfransın
uğurla baş tutması münasibətilə Azərbaycan Dillər Universitetini ürəkdən təbrik
ediblər.
Daha
sonra Fransa, İtaliya, Rusiya, Gürcüstan və başqa ölkələrin nümayəndələri çıxış
edərək konfransın unikallığını qeyd ediblər və səmimi təbriklərini çatdırıblar.
Sonda Heydər Əliyevə həsr olunmuş ADU tələbələrinin
hazırladıqları bədii proqram nümayiş olunub. Tələbələrin ifasında Heydər Əliyevin
ən sevdiyi mahnılar – "Alagöz”, Küçələrə su səpmişəm” və s. səslənib.