AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Beynəlxalq hüququn təhrif olunması siyasəti

Beynəlxalq hüququn təhrif olunması siyasəti

Cəmiyyət
21 Sentyabr 2020, 14:00 193
Görünən və müşahidə olunan odur ki, Ermənistan rəhbərliyi hələ də reallığı qəbul edə bilmir. İşğalçı ölkənin öz təxribatçı ruhundan əl çəkmədiyi göz qabağındadır. Bu mənzərəni baş nazir Nikol Paşinyanın rabitəsiz və məntiqsiz bəyənatlarından aydın görmək mümkündür. Ermənistan rəhbərliyi beynəlxalq hüququn təhrif olunması və işğalçılıq strategiyasının davam etdirilməsi yolunda siyasətini davam etdirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev bildirib.

Ermənistanın tamamən eyforik vəziyyətdə olduğunu diqqətə çatdıran deputat deyib: "Ermənistan rəhbərliyi bu gün ölkə daxilindəki qeyri-sabit vəziyyəti, yürütdüyü yöndəmsiz siyasətin nəticəsi olan rəzaləti kompensasiya etmək məqsədilə Qarabağ kartından istifadə etmək istəyir. Amma alınmayacaq. Paşinyanın bu cəhdləri də uğursuz olacaq. Çünki Azərbaycan Ordusu və qəhrəman əsgərlərimiz Ermənistanın bütün hiylələrini, təxribatlarını dəf etməyə, torpaqlarımızı qorumağa və düşmən tapdağından azad etməyə qadirdir”.

Deputat diqqətə çatdırıb ki, Paşinyanın bəyanatları, heç şübhəsiz, öz beyninin və təxəyyülünün məhsulu deyil. Amma onun dilindən çıxan bütün kəlmələr nəticə etibarilə absurd və mənasızdır. Əgər işğalçı ölkə beynəlxalq hüququn bütün ana prinsiplərini görməzdən gəlirsə, BMT-nin qətnamələrini unudursa və hələ utanmadan mövcud vəziyyətdə hansısa şərt qoyursa, demək ki, bunlarda abır-həya, siyasi etika, məsuliyyət deyilən bir şey yoxdur, olmayacaq da.

"Bütün dünya deyir ki, Qarabağ Azərbaycandır, təkcə Paşinyandan başqa. Hərçənd o, özü də anlayır ki, vəziyyət belə davam edə bilməz. Pafosla, şablon cümlələrlə, dəxlisiz hədələrlə çox uzağa getmək mümkün deyil. Cəbhədəki son hadisələr, döyüşlər də göstərdi ki, Ermənistanın öz hərbi gücü sıfıra bərabərdir. Kənardan dəstək olmasa, saatlar yetərlidir ki, bu quldur dəstəsi bir an içində məğlub olsun”, - deyə Elşən Musayev əlavə edib.