AZE | RUS | ENG |

Bəyimxanım “Dünya qəmli nağıl imiş“ dedi

Bəyimxanım “Dünya qəmli nağıl imiş“ dedi
Xanəndə Bəyimxanım Vəliyevanın yaradıcılığında yenilik var. Müğənninin Lent.az-a verdiyi məlumata görə, o, musiqisi Ramiz Mirişliyə, sözləri Cavidə məxsus ”Dünya qəmli nağıl imiş” mahnısını oxuyub. Bəyimxanım bildirib ki, təklif ona bəstəkarın özündən gəlib: “Çox şadam ki, Ramiz müəllim kimi sənətkar mənim üçün mahnı yazıb. Bir çox sənətkarların yaradıcılığında məhz Ramiz Mirişli imzası var. Əsərin musiqisi gözəl olduğu kimi sözləri də qəlbə yatandır. Hər iki müəllifə sonsuz təşəkkür edirəm”. Bəyimxanım onu da xatırladıb ki, bu il yaradıcılığında bir çox yenilik edəcək:”Yorulmadan yeni mahnılar yazdırıb ölkənin ən iri konsert salonlarında konsert vermək fikrim var. Başqa ölkələrdən də bir neçə təklif almışam. Bir qərara gələndən sonra mətbuata açıqlama verəcəm.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917