• şənbə, 27 Aprel, 06:09
  • Baku Bakı 12°C

Bəhram Xəlilov: “Dövlət qulluğuna qəbul olunmaq istəyənlərin dil bilikləri qaneedici deyil“

27.01.14 15:22 2770
Bəhram Xəlilov: “Dövlət qulluğuna qəbul olunmaq istəyənlərin dil bilikləri qaneedici deyil“
"Dövlət qulluğuna qəbul olunmaq istəyən namizədlərin əksəriyyətinin Azərbaycan dili bilikləri hələ də bizi qane edən, yəni dövlət qulluğunda lazım olan səviyyədə deyil".
Bunu Trend-ə eksklüziv açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov bildirib.
Komissiya sədri qeyd edib ki, namizədlərin dil biliklərinin artırılması üçün onlara əlavə şərait yaradılır: "Dövlət qulluğuna qəbul olunmaq istəyən şəxslərin Azərbaycan dili biliyi aşağı səviyyədədir. Bunu nəzərə alaraq, biz birinci mərhələdə test imtahanlarında Azərbaycan dilinə dair bilikləri də yoxlayırıq. Test imtahanlarında digər sual bloklarından əlavə, Azərbaycan dilinə aid suallar da salınır. Lakin namizədlərə Azərbaycan dili üzrə hazırlıq imkanı yaradılır ki, bu da səviyyənin müəyyən qədər artmasına kömək edir. Bu, tələbat və təcrübədən irəli gəlir".
banner

Oxşar Xəbərlər