• şənbə, 27 Aprel, 06:22
  • Baku Bakı 12°C

Baş Prokurorluğun idarə rəisi təqaüdə göndərildi

06.01.15 12:14 976
Baş Prokurorluğun idarə rəisi təqaüdə göndərildi
Baş Prokurorluğun idarə rəisi təqaüdə çıxıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, bu barədə baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Bəhruz Mahmudov prokurorluq orqanlarında qulluqda olmanın yaş həddi ilə əlaqədar təqaüdə çıxıb.
E. Sultanov onu da bildirib ki, 40 ilə yaxın prokurorluq orqanlarında qüsursuz xidmət göstərən B. Mahmudov Azərbaycan Bayrağı ordeni ilə təltif olunub və dəfələrlə Baş Prokurorluğun rəhbərliyi tərəfindən mükafatlandırılıb.
Qeyd edək ki, B. Mahmudov Keçmiş “Kommunist” qəzetinin baş redaktoru, Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi, həmçinin Azərbaycan Jurnalistlər İttifaqının sədri, SSSR Jurnalistlər İttifaqının katibi olmuş Rəşid Mahmudovun oğludur.
banner

Oxşar Xəbərlər