• cümə axşamı, 02 may, 01:34
  • Baku Bakı 15°C

Baş nazirin sədrliyi ilə Nazirlər Kabinetinin geniş iclası keçirilib

30.11.17 16:41 3377
Baş nazirin sədrliyi ilə Nazirlər Kabinetinin geniş iclası keçirilib
Azərbaycan baş naziri Artur Rasi-zadənin sədrliyi iləNazirlər Kabinetinin növbəti il üçün iş planının müzakirəsinə həsr olunmuş geniş iclası keçirilib.

APA-nınNazirlər Kabinetinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iclasda Azərbaycan prezidentinin 2017-ci il 10 oktyabr tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan RespublikasıNazirlər Kabinetinin yeni iş qaydasına əsasən,Nazirlər Kabinetinin Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş və Azərbaycan Respublikası Prezidentinin aktları ilə ona həvalə olunmuş səlahiyyətlərin icrası və digər tədbirlərin həyata keçirilməsi üçün növbəti ildə görüləcək işlərin qabaqcadan planlaşdırıldığı vurğulanıb.

Bu məqsədlə iclasda növbəti il üçünNazirlər Kabinetinin iş planına daxil olan təkliflərə baxılaraq müzakirə edilib və Azərbaycan prezidentinin fərmanı ilə təsdiq edilmiş "Azərbaycan RespublikasıNazirlər Kabinetinin iş qaydası”nın müvafiq bəndinə əsasən, Azərbaycan RespublikasıNazirlər Kabinetinin 2018-ci il üzrə illik iş planının təsdiq edilməsi barədə qərar qəbul edilib.
banner

Oxşar Xəbərlər