• şənbə, 27 Aprel, 06:41
  • Baku Bakı 12°C

Baş nazirin müavini: 20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq tarixidir

20.01.18 14:30 814
Baş nazirin müavini: 20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq tarixidir
İyirmi Yanvar faciə olmaqla yanaşı, eyni zamanda, Azərbaycan xalqının qəhrəmanlıq tarixidir. Azərbaycanın igid övladları həmin gün sovet ordusu tərəfindən qətlə yetirildilər, amma bu gün həm də müstəqillik tariximizin çox şərəfli səhifəsidir.
AZƏRTACxəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Baş nazirin müavini Əli Əhmədov bildirib.
Baş nazirin müavini deyib ki, hər il Azərbaycan xalqı Şəhidlər xiyabanını ziyarət edərək müstəqillik uğrunda öz canlarını fəda etmiş insanlara hörmət və ehtiramlarını bildirirlər. Bu da bir daha göstərir ki, şəhidlərimiz unudulmur, onların xatirəsi daim qəlblərdə yaşayacaq.
banner

Oxşar Xəbərlər