AZE | RUS | ENG |

Baş Assambleya İsrailin Qəzza zolağındakı hərəkətlərini pisləyib

Baş Assambleya İsrailin Qəzza zolağındakı hərəkətlərini pisləyib
BMT Baş Assambleyası əksər səs çoxluğu ilə İsrailin Qəzza zolağındakı hərəkətlərini pisləyən qətnamə qəbul edib.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, səsvermə Baş Assambleyanın xüsusi sessiyasında baş tutub.
 
Sənədin lehinə 120, əleyhinə isə 8 ölkə səs verib, 45 ölkə bitərəf qalıb.

Ərəb ölkələrinin hazırladığı qətnamədə İsrailin Şərqi Qüds və Qəzza zolağı daxil olmaqla, işğal olunmuş Fələstin ərazilərində dinc əhaliyə qarşı hədsiz və qeyri-proporsional güc tətbiq etməsi pislənib. Qətnamə İsraili qanuni öhdəliklərə riayət edərək bu kimi hərəkətlərdən çəkinməyə çağırıb.
 
Bölgədə atəşkəsi dərhal təmin etməyə çağıran BMT Baş Assambleyası həmçinin Fələstində mülki əhalinin təhlükəsizliyi və müdafiəsini təmin etmək üçün müvafiq tədbirlərin görülməsinə çağırıb.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2135
TRY 1 Türk lirəsi 0.3020
KWD 1 Küveyt dinarı 5.6066
SEK 1 İsveç kronu 0.1881
EUR 1 Avro 1.9479
CHF 1 İsveçrə frankı 1.7064
USD 1 ABŞ dolları 1.7000