• cümə, 26 Aprel, 05:17
  • Baku Bakı 16°C

Balakəndə Bayraq Muzeyinin açılışı olub - Fotolar

03.08.17 13:30 4319
Balakəndə Bayraq Muzeyinin açılışı olub - Fotolar
Azərbaycan prezidentiİlham ƏliyevBalakən şəhərində inşa olunan Bayraq Muzeyinin açılışında iştirak edib.
APA-nın məlumatına görə, prezidentİlham ƏliyevBalakən Bayraq Muzeyinin rəmzi açılışını bildirən lenti kəsib.
Dövlət başçısı muzeylə tanış olub. Məlumat verilib ki, muzeyin tikintisinə 2017-ci ilin fevralında başlanılıb və bu ilin iyulunda başa çatdırılıb. Burada müxtəlif dövrlərdə Azərbaycanda atribut kimi qəbul edilmiş bayraqlar, gerblər, o cümlədən Nuxa, Yelizavetpol, Naxçıvan, Quba,Şuşa, Şamaxı, Lənkəran, Zaqatala qəzalarının və Bakı quberniyasının, Azərbaycan SSR-in, Azərbaycan İctimai Şuralar Cəmiyyətinin və müstəqil Azərbaycanın gerbinin fotoları nümayiş etdirilir. Muzeydə Azərbaycanın Səfəvilər, Ağqoyunlular, Qaraqoyunlular və Eldəgizlər dövlətləri dövründəki, həmçinin 1918-1920-ci illərdəki və 1991-ci ildəki xəritələri də var.








banner

Oxşar Xəbərlər