• cümə, 26 Aprel, 16:56
  • Baku Bakı 23°C

Bakının qəsəbələrindən biri yeni yaradılmış rayona verildi

06.03.14 17:36 1242
Bakının qəsəbələrindən biri yeni yaradılmış rayona verildi
Prezident İlham Əliyev Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanunu təsdiqləyib.
Prezidentin imzaladığı sərəncama əsasən, Bakı şəhəri Xəzər rayonunun Zirə qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Zirə qəsəbəsinin inzibati ərazisindən dövlət mülkiyyətində olan 3200 ha təşkil edən torpaq sahəsi bu qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq, Bakı şəhəri Xəzər rayonunun Gürgən qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Gürgən qəsəbəsinin inzibati ərazisinə birləşdirilir.
Sərəncamla Xəzər rayonunun inzibati ərazi bölgüsünə daxil olan Gürgən qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Gürgən qəsəbəsi Bakı şəhəri Pirallahı rayonunun inzibati ərazi bölgüsünə daxil edilir. Gürgən qəsəbə inzibati ərazi dairəsi Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Pirallahı rayonunun tabeliyinə verilir.
banner

Oxşar Xəbərlər