• şənbə, 27 Aprel, 02:47
  • Baku Bakı 14°C

Bakının Füzuli meydanı ətrafındakı infrastrukturun yaxşılaşdırılmasına 5 milyon manat ayrılıb

04.08.16 18:27 1291
Bakının Füzuli meydanı ətrafındakı infrastrukturun yaxşılaşdırılmasına 5 milyon manat ayrılıb
Azərbaycan prezidentiİlham ƏliyevBakı şəhərinin Yasamal rayonu ərazisindəFüzulimeydanının ətrafındakıyol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərininaparılması ilə bağlı bəzi tədbirlər haqqındasərəncam imzalayıb.

APA-nın məlumatına görə, Bakı şəhərinin Yasamal rayonundaFüzulimeydanının ətraf ərazilərində yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması, həmçinin bu işlərlə əlaqədar kommunikasiya xətlərinin köçürülməsi məqsədi ilə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
banner

Oxşar Xəbərlər