• şənbə, 27 Aprel, 02:13
  • Baku Bakı 14°C

Bakıda yüksəkgərginlikli avadanlıqlar zavodunun açılışı olub - Fotolar

22.05.18 13:22 745
Bakıda yüksəkgərginlikli avadanlıqlar zavodunun açılışı olub - Fotolar
Bakının Suraxanı rayonunda "ATEF Şirkətlər Qrupu”nun yüksəkgərginlikli avadanlıqlar zavodunun açılışı olub.
APA-nın məlumatına görə, Azərbaycan prezidentiİlham Əliyevaçılışda iştirak edib.
İqtisadiyyat naziriŞahin Mustafayevşirkətlər qrupunun yaranması və fəaliyyəti barədə dövlətimizin başçısına məlumat verib.
"ATEF Şirkətlər Qrupu”nun rəhbəri Talıb Əlixanbəyov şirkətin Əmircan qəsəbəsindəki Bakı yağ transformatorları zavodu, Hövsandakı metal konstruksiya zavodu, Qaraçuxur qəsəbəsində iriqabaritli transformatorlar və elektrotexniki avadanlıqlar zavodları barədə məlumat verib.
Ümumi investisiya dəyəri 29,7 milyon manat olan zavodun yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit ayrılıb. Bundan başqa, müəssisəyə nazirlik tərəfindən investisiya təşviqi sənədi verilib ki, nəticədə 4,2 milyon manat vəsaitə qənaət olunaraq investisiya kimi layihənin icrasına yönəldilib.
Prezidentİlham Əliyevyüksək gərginlikli avadanlıqlar zavodunu işə salıb.
Dövlət başçısı istehsal prosesi ilə tanış olub.





banner

Oxşar Xəbərlər