• cümə, 26 Aprel, 18:15
  • Baku Bakı 22°C

Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumu başlayıb

28.04.15 05:21 931
Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumu başlayıb
Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumu başlayıb.
APA-nın məlumatına görə, Forumun açılışında Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.
Forumda iki ölkənin prezidenti, 4 ölkənin baş nazir və xarici işlər naziri, 41 ölkənin sabiq prezidenti olmaqla ümumilikdə 72 ölkənin rəsmiləri iştirak edir.
ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, Çexiya, Polşa, Yaponiya, Rumıniya, Ukrayna, Andorra, Əfqanıstan, Albaniya, Bosniya və Herseqovina, Boliviya, Braziliya, Bolqarıstan, Kanada, Xorvatiya, Kolumbiya, Misir, Estoniya, Fransa, Finlandiya, Gürcüstan, Yunanıstan, İordaniya, Qazaxıstan, Qırğızıstan, Latviya, Livan, Liviya, Litva, Makedoniya və digər ölkələrdən rəsmilər iki gün ərzində Bakıda birgə müzakirələr aparacaq, bəyanatlar verəcəklər.
Forumun açılışında Azərbaycan prezidenti İlham Əliyev, Bolqarıstan prezidenti Rosev Plevneliyev, Makedoniya prezidenti Georgi İvanov, Malta baş naziri Jozef Musukat çıxış edəcək, Almaniya baş naziri Angela Merkel, Böyük Britaniyanın baş naziri Devid Kameron, BMT-nin sabiq baş katibi Butros Butros Qali, ABŞ-ın sabiq dövlət katibi Henri Kesincer və Latviyanın sabiq prezidenti Vayra Vayk-Frayberqanın Foruma təbrikləri oxunacaq.
“Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusuna həsr olunan III Forumda nüfuzlu siyasi liderlər dünyanı narahat edən məsələlər – etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi, dinlərarası dialoq, sülhün qorunmasında qadınların rolu və bir sıra qlobal problemləri geniş müzakirə edəcək, onların həll yollarının tapılması istiqamətində müzakirələr aparacaqlar.
Qeyd edək ki, Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə 2013 və 2014-cü illərdə Bakıda I və II Qlobal Açıq Cəmiyyətlər Forumu keçirilib.
banner

Oxşar Xəbərlər