• şənbə, 27 Aprel, 01:08
  • Baku Bakı 14°C

Bakıda I Beynəlxalq Folklor Festivalı keçirilib

24.07.18 18:27 575
Bakıda I Beynəlxalq Folklor Festivalı keçirilib
Bakıda "Children is our future” adlı I Beynəlxalq Folklor Festivalı keçirilib.

APA-nın məlumatına görə, festival Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə baş tutub.

Festivalın təşkil olunmasında əsas məqsəd uşaq və gənclərin istedadlarının inkişaf etdirilməsi, ölkələrin mədəniyyətini nümayiş etdirməklə yanaşı mədəni əlaqələrin daha da möhkəmləndirilməsidir.
Festivalda Azərbaycanı, Hindistanı və Gürcüstanı təmsil edən "Aysel”, "Bobby”, "Vardiza” rəqs qrupları iştirak ediblər.

Fərqli üslubda və peşəkarlıqla ifa edilən rəqslər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Festivalın yekun qala konserti Hacıağa Abbasova adına Mədəniyyət Mərkəzində baş tutub.

Qeyd edək ki, APA festivalın informasiya dəstəkçisidir.
banner

Oxşar Xəbərlər