AZE | RUS | ENG |


Bakıda Dekorativ-Tətbiqi Sənət Festivalı keçiriləcək

Bakıda Dekorativ-Tətbiqi Sənət Festivalı keçiriləcək
Bakıda, "Art Tover” qalereyasında ənənəvi Dekorativ-Tətbiqi Sənət Festivalı keçiriləcək. Festival Mədəniyyət və Turizm Nazirliyinin, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi və "Arts Council Azerbaijan”nın təşkilatçılığı ilə baş tutacaq. Bu barədə AZƏRTAC-a "Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib.

O deyib ki, oktyabrın birinci ongünlüyündə keçirilməsi planlaşdırılan festivalda batika, qobelen, keramika, şəbəkə, zərgərlik, xalça növlərinə aid foto və rəsm əsərləri nümayiş olunacaq. Müxtəlif rəsm qalereyalarında keçiriləcək festivalın məqsədi dekorativ-tətbiqi sənət növlərini təbliğ etmək, gənc nəsil arasında maraq yaradaraq bu milli sənət növlərinin inkişafına kömək etmək, yeni potensiala malik yaradıcı insanları kəşf etməkdən ibarətdir. Festival adət-ənənələri qorumaq, təbliğ etmək, gənclərin əl işlərini nümayiş etdirmək baxımından böyük əhəmiyyət daşıyır. Bir həftə davam edəcək festivalın kuratoru gənc xalçaçı-rəssam Nəsrin Şirinovadır.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6847
GBP 1 İngilis funt sterlinqi 2.2421
TRY 1 Türk lirəsi 0.4638
KWD 1 Küveyt dinarı 5.6276
SEK 1 İsveç kronu 0.2085
EUR 1 Avro 2.0000
CHF 1 İsveçrə frankı 1.7374
USD 1 ABŞ dolları 1.7001