• cümə, 26 Aprel, 16:23
  • Baku Bakı 23°C

Bakıda “Bulvar Hotel”in açılışı olub

15.05.15 08:28 1359
Bakıda “Bulvar Hotel”in açılışı olub
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda “Bulvar Hotel”in açılışında iştirak ediblər.

APA-nın məlumatına görə, dövlət başçısı otelin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, “Bulvar Hotel” “Absheron Hotel Group”a daxildir və bu qrupun dördüncü otelidir. Beşulduzlu yeni otel həm də “Marriott” brendinin xüsusi portfeli sayılan məxsusi otel və kurortların cəmləndiyi “Autograph Collection”un rəsmi üzvüdür.
Oteldə 818 nömrə var.
Otellə tanışlıqdan sonra prezident İlham Əliyev kollektivlə görüşüb.
Sonda xatirə şəkli çəkdirilib.
banner

Oxşar Xəbərlər