• cümə, 26 Aprel, 17:19
  • Baku Bakı 23°C

“Bakı Prosesi” artıq dünya gündəliyinin önəmli hissəsidir”

07.06.18 11:40 592
“Bakı Prosesi” artıq dünya gündəliyinin önəmli hissəsidir”
"Bizim təşəbbüsümüzlə on il bundan əvvəl başlanan "Bakı Prosesi” dünyada yeganə genişmiqyaslı əməkdaşlıq formatıdır. Bu on il ərzində buna oxşar təşəbbüs heç kim tərəfindən irəli sürülməmişdir. "Bakı Prosesi” sırf Azərbaycan təşəbbüsüdür”.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentiİlham Əliyevmüqəddəs Ramazan ayı münasibətilə təşkil olunan iftar mərasimində deyib.
"Bu il biz "Bakı Prosesi”nin on illiyini qeyd edəcəyik. Bu təşəbbüsBMTvə digər mötəbər beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir. "Bakı Prosesi” artıq dünya gündəliyinin önəmli hissəsidir və bu illər ərzində görün biz Azərbaycanda nə qədər böyük tədbirlər keçirmişik - dünya dini liderlərinin zirvə görüşü,BMTSivilizasiyalar Alyansının Qlobal Forumu, Bakı humanitar forumları, mədəniyyətlərarası dialoq forumları. Yəni, bütün bunları biz ona görə edirik ki, buna böyük ehtiyac var. Biz istəyirik ki, nəinki Azərbaycanda, dünyada dinlərarası münasibətlər yüksək səviyyədə tənzimlənsin”, deyə dövlət başçısı vurğulayıb.
Prezident iftar mərasimində keçənilki məclisdən ötən dövr ərzində bir neçə önəmli hadisəni qeyd edib: "Bu hadisələr doğrudan da tarixi xarakter daşıyır. Onlardan biri Azərbaycanı Avrasiyanın nəqliyyat mərkəzinə çevirməyimizdir. Keçən ilBakı-Tbilisi-Qarsdəmir yolunun açılışı Bakıda təntənəli şəkildə qeyd edildi. Bu il isə biz Xəzər dənizinin ən böyük ticarət limanının açılışını qeyd etdik. Beləliklə, ölkə qarşısında nəqliyyat sahəsində duran məsələlərin böyük hissəsini həll etmiş olduq. Bu tarixi layihələr bundan sonra uzun illər Azərbaycanın uğurlu inkişafını təmin edəcək. Keçən ayAzərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsindən bir gün sonra Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. Bu da böyük tarixi nailiyyətdir, tarixi layihədir. Bu layihə bundan sonra onilliklər ərzində Azərbaycan xalqına xidmət edəcək. Bir neçə gündən sonra Türkiyənin Əskişəhər şəhərindəTANAP-ın rəsmi açılışı olacaq. Bu da böyük tarixi nailiyyətdir. Yəni, biz hər il böyük uğurlara imza ataraq ölkəmizi gücləndiririk və möhkəmləndiririk. Əminəm ki, bundan sonra da Azərbaycan inamla və uğurla inkişaf edəcək”.
banner

Oxşar Xəbərlər