AZE | RUS | ENG |

Bakı metrosunda növbəti konsert proqramı olacaq

Bakı metrosunda növbəti konsert proqramı olacaq
"Bakı Metropoliteni" QSC növbəti sosial layihəni gerçəkləşdirəcək. Bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, fevralın 5-də saat 17:00-dan 19:00-dək görkəmli Azərbaycan bəstəkarı, SSRİ xalq artisti Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətlə "Qara Qarayev” stansiyasında ilk dəfə musiqili proqram təşkil olunacaq.

Metropolitendən istifadə edən sərnişinlər stansiyanın vestibülündə görkəmli bəstəkarın klassik sənət əsərlərindən ibarət konsert proqramını simli kvartetin ifasında dinləyə bilərlər.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6668
GBP 1 İngilis funt sterlinqi 2.1815
TRY 1 Türk lirəsi 0.2796
KWD 1 Küveyt dinarı 5.6095
SEK 1 İsveç kronu 0.1862
EUR 1 Avro 1.9602
CHF 1 İsveçrə frankı 1.7199
USD 1 ABŞ dolları 1.7000