AZE | RUS | ENG |

Bakı metrosu gücləndirilmiş iş rejimində: xüsusi qərargah yaradıldı

Bakı metrosu gücləndirilmiş iş rejimində: xüsusi qərargah yaradıldı
Yaxın günlərdə hava şəraitinin kəskin soyuması və qarın yağması ehtimalı ilə əlaqədar Bakı Metropoliteninin Nərimanov elektrik deposunda xüsusi qərargah yaradılıb.

Bu haqda “APA-Economics”ə “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr və mətbuat katibliyinin rəisi Nəsimi Paşayev bildirib.

“Bilirsiniz ki, qışın ən çox təsir etdiyi sahələr metropolitenin açıq hava şəraitində olan “Nəriman Nərimanov” elektrik deposunun yollarıdır. Yəni bizim qatarlar səhər saatlarında depodan hərəkət edir və orada “Bakmil” stansiyası da daxil olmaqla yerüstüdür. Həmin yolların açıq saxlanılması üçün bütün tədbirlər görülüb, hazırlıqlar tamamlanıb. Qum və duz tədarükü görülüb, bütün ehtimallara qarşı maşın və mexanizmlər hazır vəziyyətə gətirilib. Habelə növbətçilik cədvəlləri tərtib olunub”, - deyə N. Paşayev qeyd edib.

Onun sözlərinə görə, hətta açıq havada işləyəcək metropoliten əməkdaşları üçün isti geyimlər belə tədarük edilib.

Eyni zamanda stansiyaların giriş-çıxışlarında, pilləkənlərdə sərnişinlərin rahat hərəkət etməsi üçün tədbirlər də görüləcək. Buzlanmaya qarşı giriş-çıxışlara nəzarət olunacaq. Mütəmadi şəkildə təmizlik işləri aparılacaq ki, sərnişinlər hər hansı xoşagəlməz hallarla qarşılaşmasınlar.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9027
GEL 1 1 Gürcüstan larisi 0.5913
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1179
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1802
CHF 1 1 İsveçrə frankı 1.7276
KWD 1 1 Küveyt dinarı 5.5868
TRY 1 1 Türkiyə lirəsi 0.2989