AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bakı Media Mərkəzinin rejissoru Fuad Quliyev Beynəlxalq Turizm Filmlər Festivalında qalib gəlib

Bakı Media Mərkəzinin rejissoru Fuad Quliyev Beynəlxalq Turizm Filmlər Festivalında qalib gəlib

Mədəniyyət
19 Sentyabr 2020, 15:00 211
Türkiyənin tarixi Kapadokya bölgəsində keçirilən Beynəlxalq Turizim Filmləri Festivalında Bakı Media Mərkəzinin istehsalı olan, mərkəzin rejissoru Fuad Quliyevin "My Country-Azerbaijan”- "Mənim Ölkəm- Azərbaycan” tanıtım filmi ölkə nominasiyası üzrə "Gold Award"-"Qızıl Mükafat”-a layiq görülüb.

Bakı Media Mərkəzindən verilən məlumata görə, tanıtım filmində Azərbaycanın tarixi, təbiəti, turizm imkanları, mədəniyyəti, və mətbəxi tərənnüm olunur. Hər bir turist bu filmdə özü üçün doğma çalarlar da tapa bilər. Məqsəd hər kəsə onun üçün vətən deyə biləcəyi ölkənin əsas cizgilərini göstərməkdir. Qeyd edək ki, Bakı Media Mərkəzinin rejissoru Fuad Quliyevin tanıtım filmləri davamlı olaraq müxtəlif beynəlxalq festivallarda geniş auditoriyaya təqdim olunub və həmin festivalların təcrübəli mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilib. 2018-ci ildə Bakı Media Mərkəzinin istehsalı olan, mərkəzin rejissoru Fuad Quliyevin "The Spirit of Azerbaijan - Azərbaycan ruhu" tanıtım filmi də Beynəlxalq Turizim Filmləri Festivalının xüsusi mükafatına layiq görülmüşdü. Həmin qısametrajlı reklam filmində Azərbaycan mədəniyyəti, incəsənəti və arxitekturası yüksək zövqlə tərənnüm edilir.

Beynəlxalq Turizim Filmləri Festivalında qalib gələn "My Country-Azerbaijan”- "Mənim Ölkəm- Azərbaycan” tanıtım filminə siz Bakı Media Mərkəzinin rəsmi səhifəsində izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=bgvtrGtHJ1s

Qeyd edək ki, Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinə (CIFFT) bağlı 20 üzv ölkədə 30 ildir keçirilən "Beynəlxalq Turizm Filmləri Festivalı” bu il Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə reallaşır. Festivalda bu il 18 ölkədən 45-ə yaxın rejissor və turizm mütəxəssisi iştrak edir. Pandemiya şəraitinə görə xüsusi qaydalarla keçirilən festivalda film nümayişləri 16-18 sentyabr tarixlərində Nevşehir Qalasında açıq havada baş tutub.