AZE | RUS | ENG |

Bakı Beynəlxalq Caz Festivalına ev sahibliyi edəcək

Bakı Beynəlxalq Caz Festivalına ev sahibliyi edəcək
Oktyabrın 14-dən 28-dək Bakıda Beynəlxalq Caz Festivalı keçiriləcək.

AZƏRTAC festivalın saytına istinadla xəbər verir ki, ənənəyə çevrilmiş festival Mədəniyyət və Turizm Nazirliyi, "Jazz dünyası” jurnalı, "A+A Events” şirkəti və "The landmark hotel Baku”nun təşkilatçılığı, ölkəmizdə fəaliyyət göstərən bir sıra səfirliklərin, habelə mədəniyyət mərkəzlərinin, şirkətlərin tərəfdaşlığı ilə reallaşacaq.

Azərbaycanda cazın böyük tarixi var. Hələ Tofiq Quliyev, Niyazi, Tofiq Əhmədovun rəhbərliyi ilə ölkəmizdə caz kollektivləri fəaliyyət göstərib. Azərbaycanın cazı musiqi aləmində Vaqif Mustafazadə və Rafiq Babayevin adları ilə çox məşhurlaşıb. Bakı SSRİ məkanında ən qabaqcıl caz məkanlarından sayılıb. Dövlət müstəqilliyimizin bərpa edilməsi bu musiqinin inkişafı üçün də geniş imkanlar açıb. Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə keçirilən Bakı Beynəlxalq Caz Festivalı dünyanın məşhur caz ifaçıları arasında şöhrət qazanıb.

Xatırladaq ki, keçən il Bakı Caz Festivalı "European Jazz Network” təşkilatının üzvü olub.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6932
GBP 1 İngilis funt sterlinqi 2.2966
TRY 1 Türk lirəsi 0.3806
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.1945
EUR 1 Avro 2.0069
CHF 1 İsveçrə frankı 1.6986
USD 1 ABŞ dolları 1.7000