AZE | RUS | ENG |


Bahar Muradova: Azərbaycana qarşı səsləndirilən iddialara bizim konkret cavablarımız var

Bahar Muradova: Azərbaycana qarşı səsləndirilən iddialara bizim konkret cavablarımız var
ATƏT Parlament Assambleyasının Andorrada keçirilən payız sessiyasının bağlanışında bütün dünya bir daha erməni həyasızlığının şahidi olub.

AZƏRTAC xəbər verir ki, sessiyada çıxış edən erməni nümayəndə heyətinin üzvü yenidən Azərbaycan mətbuatında və dərsliklərində ermənilərin düşmən obrazında göstərildiyini qeyd edərək, ölkəmiz ilə Ermənistan arasında yanlış müqayisə aparmağa çalışıb. Moderatorun erməni deputatdan reqlamentə uyğun olmayan və məntiqsiz çıxışını bitirməsini tələb etməsinə baxmayaraq, o, öz nitqini söyləməkdə davam edib. Lakin moderatorun bir neçə kəskin xəbərdarlığından sonra erməni deputatın çıxışı dayandırılıb.

İsrarlı tələblərdən sonra bağlanış sessiyasının əvvəlində söz alan Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri ilə qeyri-formal görüşünün təşkilinə və bu görüşdə şəxsən iştirak etdiyinə görə ATƏT PA nın sədri xanım Muttonenə təşəkkürünü bildirib. Parlamentarilərə görüş haqda məlumat verən Azərbaycan nümayəndə heyətinin rəhbəri xüsusi olaraq vurğulayıb ki, sözdə sülhdən bəhs edən erməni deputatlar bu cür qeyri-ciddi iddiaları ilə sessiyanın gedişində gərginlik yaratmağa, müzakirə olunan vacib məsələlərin mahiyyətini kiçiltməyə, bununla da sessiyanın işinə maneə törətməyə cəhd edirlər.

Bir az əvvəl Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndə heyətləri rəhbərlərinin görüşünün keçirildiyini deyən Bahar Muradova bu görüşün təşkilinə görə xanım Muttonenə təşəkkürünü bildirib. O deyib: "Görüş zamanı biz gələcək çıxışlarımızda daha təmkinli olmaq barədə razılığa gəldik. Azərbaycan nümayəndə heyəti hər zaman olduğu kimi, sessiya günlərində də bu razılaşmaya riayət etdi. Mən çox təəssüf edirəm ki, bizim konstruktiv müzakirələrimiz bu şəkildə bitməkdədir”.

Ölkəmizə qarşı səsləndirilən iddialara münasibət bildirən Azərbaycan nümayəndə heyətinin rəhbəri vurğulayıb: "Azərbaycana qarşı səsləndirilən iddialara bizim konkret cavablarımız var. Ancaq biz burada polemika açıb mübahisə etmək niyyətində deyilik. İllər ərzində bu məzmunda qarşıdurmalar olmasına baxmayaraq, bu, heç vaxt müsbət nəticə verməyib. Buna görə də mən həmkarlarımızı vəziyyəti daha da gərginləşdirməyə təhrik edən çıxışlardan çəkinməyə çağırıram. Onsuzda onların təmsil etdikləri ölkənin nəzarəti altında olan Azərbaycanın işğal olunmuş ərazilərində və təmas xəttində daim bununla məşğuldurlar”.

Bahar Muradova daha sonra bildirib: "Əgər biz parlament ölçüsü olaraq ümumi səylərin gözlədiyimiz nəticəni verməsinə müsbət təsir edə bilmiriksə, onda heç olmasa əlavə problemlər yaratmayaq”.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6836
GBP 1 İngilis funt sterlinqi 2.2277
TRY 1 Türk lirəsi 0.4644
KWD 1 Küveyt dinarı 5.6257
SEK 1 İsveç kronu 0.2086
EUR 1 Avro 2.0087
CHF 1 İsveçrə frankı 1.7328
USD 1 ABŞ dolları 1.7001