• şənbə, 27 Aprel, 05:55
  • Baku Bakı 14°C

Azərbaycanlı tenor Yusif Eyvazov “Don Karlos” operasında baş rolda çıxış edəcək

14.01.18 22:49 710
Azərbaycanlı tenor Yusif Eyvazov “Don Karlos” operasında baş rolda çıxış edəcək
Martın 1-dən 4-dək Rusiya Dövlət Akademik Böyük Teatrında Cüzeppe Verdinin "Don Karlos” operası nümayiş etdiriləcək.
AZƏRTACteatrın saytına istinadla xəbər verir ki, səhnə əsərində Don Karlos obrazını martın 2-də və 4-də Azərbaycanın Əməkdar Artisti Yusif Eyvazov (tenor) canlandıracaq.
Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı "Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.
banner

Oxşar Xəbərlər