• cümə, 26 Aprel, 12:22
  • Baku Bakı 23°C

Azərbaycanlı rejissor Tarkovskiyə film ithaf etdi - “3 divar”

09.10.18 13:55 675
Azərbaycanlı rejissor Tarkovskiyə film ithaf etdi - “3 divar”
"Hədəf" Multimedia Mərkəzində "3 divar" qısametrajlı filminin istehsalı başa çatıb.
Parafraz-ın məlumatına görə, ssenari müəllifi və quruluşçu rejissoru Səbuhi Şahmusoyun olduğu filmin prodüser və operatoru Cavad Nur, montajçısı Vurğun Yusubov, səs rejissoru Rövşən Danyeri, qrim ustası Adeyla Ağayeva, redaktoru Cavid Qədirdir.
Rolları aktyorlar Elxan Şahalıyev, Sədaqət Qasımlı, Nurlan Rüstəmov ifa ediblər.
Absurd-qurğu janrında çəkilən film bir-birini tanımayan üç şəxsin bir otaqdakı münasibətlərindən bəhs edir.
Ekran əsərində müasir insanın dünyadakı yeri, müxtəlif insanların sənətlərinin xarakterlərinə necə təsir etməsi, istənilən şəraitdə bu xarakterin əsas rol oynaması, çıxış yollarının fərqi və bənzərliyi, bu seçimlərin absurd nəticələri kimi məsələlərin həllinə çalışıb.
Film dahi rejissor Andrey Tarkovskiyə ithaf olunub. Bundan başqa, dialoqlarda onun məşhur filmi - "Stalker"in bəzi sitatlarından istifadə edilib. Filmin 95% səhnəsi cəmi 3 divarda çəkilib.
Parafraz portalı filmin informasiya dəstəkçisidir.
banner

Oxşar Xəbərlər