Azərbaycanlı müğənni: “Adımı çəkən mənə pul ödəməlidir“

Azərbaycanlı müğənni: “Adımı çəkən mənə pul ödəməlidir“

Mədəniyyət
08 Yanvar 2014, 13:51 656
Əməkdar artist Abbas Bağırovdan yeni xəbər var.

Axşam.az xəbər verir ki, müğənni “Onlar” verilişinə açıqlamasında “Zirvə” adlı solo konsert verəcəyini deyib:

“Konsertin məşqlərinə artıq başlamışıq. Əsl konsert necə olacaq, gəlib orada görəcəksiniz. Konsertdən iki ay əvvəl media nümayəndələri ilə görüşüb məlumat verəcəyəm. Konsertin adı “Zirvə” olacaq. Onun nə məna daşıdığını isə konsertdə açıqlayacağam”.

A.Bağırov sosial şəbəkədə onun ünvanına yazılan şərhlərə də cavab verib. O, qalmaqalı biznesə çevirəcəyini deyib:

“Kimsə mənim haqqımda danışacaqsa, müəyyən qədər pul ödəməli olacaq. Sosial şəbəkədə yazılanlara fikir vermirəm. Orada ancaq mənə xoş olacaq ifadələri oxuyuram. Kim nə yazırsa, əhəmiyyət vermirəm. Demək, mən varam ki, adımı çəkirlər. Əgər kiminsə mənim haqqımda yazmağa ehtiyacı varsa, qoy elə yazsın”.