AZE | RUS | ENG |

Azərbaycanla Türkiyə arasında hərbi sahədə daha bir sənəd müzakirə edilib

Azərbaycanla Türkiyə arasında hərbi sahədə daha bir sənəd müzakirə edilib
Azərbaycanla Türkiyə arasında hərbi sahədə daha bir sənəd müzakirə edilib.

Trend-in məlumatına görə, Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında şəxsi heyətin mübadiləsinə dair” protokolun təsdiq edilməsi müzakirəyə çıxarılıb.

Komitə sədri Səməd Seyidov bildirib ki, bu protokol Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişafına mühüm töhfə verəcək.

İclasda həmçinin "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədəniyyət mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri” haqqında sazişin təsdiq edilməsi müzakirəyə çıxarılıb.

Hər iki sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6489
GBP 1 İngilis funt sterlinqi 2.2562
TRY 1 Türk lirəsi 0.2727
KWD 1 Küveyt dinarı 5.6171
SEK 1 İsveç kronu 0.1937
EUR 1 Avro 2.0024
CHF 1 İsveçrə frankı 1.7728
USD 1 ABŞ dolları 1.7000