• cümə axşamı, 09 may, 02:09
  • Baku Bakı 15°C

Azərbaycanla Tacikistan arasında əməkdaşlıq proqramı imzalanıb

03.04.14 12:46 1092
Azərbaycanla Tacikistan arasında əməkdaşlıq proqramı imzalanıb
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında siyasi əlaqələrin mövcud səviyyəsinin məmnunluq doğurduğu və əməkdaşlığın dinamik surətdə inkişaf etdiyi qeyd olunub.
E. Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həllində nümayiş etdirdiyi mövqeyə görə Tacikistan tərəfinə təşəkkür edib. S. Aslov isə Azərbaycanın regionun lider dövləti olduğunu qeyd edərək, ölkənin və xüsusilə paytaxt Bakının inkişafının müsbət təsir bağışladığını bildirib.
İki ölkə arasında siyasi, iqtisadi, dağ-mədən sənayesi, sərmayələr, nəqliyyat, təhsil və təlim sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb və ölkələrin malik olduğu potensiala uyğun olaraq, ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində səylərin artırılmasının vacibliyi vurğulanıb.
Görüş əsnasında rəsmi səviyyədə təmasların və qarşılıqlı səfərlərin davam etdirilməsi barəsində razılıq ifadə olunub.
Görüşün sonunda “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Tacikistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2014-2015-ci illər üzrə əməkdaşlıq proqramı” imzalanıb.
banner

Oxşar Xəbərlər